Səhiyyə institunun apardığı araşdırma nəticəsində, müəyyən fiziki yükləri yerinə yetirərkən nə qədər kalorinin yanması məlum olmuşdur. Üzgüçülük, taykvando, qaçış və aerobika – bunlar hamısı siyahıya daxildir. Tap görüm, bunlardan hansı birinci yerdədir?
Fiziki hərəkətlər toplusunun müəllifi Barbara Eynsvort bildirir ki, “əl və ayaqların ritmik hərəkəti ilə müşaiyət olunan, tənəffüsün tezləşməsinə səbəb olan və başdan-ayağa büsbütün tərə batıb-çıxdığın” fiziki hərəkətlər ən xeyirli növlərdəndir.
Aşağıdakılar, adları ən az effektiv olandan daha effektivə doğru sadalanmaqla, topladığımız 20 idman hərəkətini əks etdirir.
20. Su aerobikası
Akvafit və ya su aerobikası – su hovuzunda sadəcə suyu şappıldatmaqdan daha artıq bir şeydir. Su əlavə müqaviməti təmin edir, deməli, sən bir saatda 501 kalori yandırırsan.
19. Sərbəst üzmə
Üzgüçülərin saatda təqribən 528 kalori yandırması üçün təklif edilən digər variant – dairələrlə (dövrə vuraraq) üzməkdir.
18. Hayking
Artıq 546 kaloridən canını qurtarmaq üçün uzuboğaz çəkmələrinin iplərini bağla və yaxşı-yaxşı hazırlaş. Maksimum nəticə əldə etmək istəyirsənsə, daha maraqlı marşrutu, məsələn: dik yoxuşlu yolları seç.
17. Su xizəkləri
Bu idman hərəkətini heç də sadə və asan sanma, xizəklərlə suyun üzərində “çapmaq” hər kəsin hünəri deyil. Di gəl ki, bütün vücudunu oynadan bu əla hərəkət səni 546 kaloridən azad edəcək.
16. Trenajorda avarçəkmə
Saatda 546 kaloridən xilas olmaq, amma bunu suya girmədən etmək istəyirsən? Əlbəttə ki, sənin üçün ideal variantımız var – trenajorda avarçəkmə.
15.Qaçış xizəkləri
Dağ xizəklərini unut! Əgər doğrudan da kalorilərini yandırmaq istəyirsənsə, hamar bir yer seçməlisən. Qaçış xizəkləri səni əməlli-başlı tərlədəcək ki, bunun sayəsində 619 kalorini atacaqsan.
14. Bel çantası
Bu, hərəkətin adı deyil, sadəcə olaraq, ağır bel çantaları ilə piyada gəzintilərdir və saatda 637 kalori yandırmağına səbəb olacaq. Buna görə də, çoxlu ərzaq götür!
13. Konki
Təkrarolunmaz tərzinlə buzu isit! Konkinin köməyilə, saatda 637 kalorini ata biləcəksən.
12. Raketbol
Skvoş oyununda olduğu kimi, bu oyun da hündür divarlı kortun içərisində içiboş topla oynanılır və yaxşıca tərləməyə səbəb olur. Nəticədə isə 637 kalori yanır.
11. Aerobika
Çimərlik paltarını qoy kənara! Aerobikanın bu növü ayaqlarını dinc buraxmayacaq, ürəyin isə indiyədək görmədiyin kimi döyünəcək. Üstəlik, bir saat ərzində 66 kalori ilə də vidalaşacaqsan.
10. Roliklər
Ola bilsin ki, bugün 90-cı illərdə olduğu kimi elə də çox dəbdə deyil, amma yenə də, roliklər ürək üçün əla məşq növü, eləcə də, velosiped və ya skeytbordla gəzintiyə bərabər yaxşı bir seçimdir. Dözümlülüyü və koordinasiya bacarığını artırmaqla yanaşı, rolikər saatda 683 kalori yandırmağa kömək edir.
9. Basketbol
Basketbol oyunu - yorucu bir işdir. Təbii ki, bu cür ağır əməyin bəhrəsi olaraq yanan kalorinin miqdarı da çox olmalıdır - 728 kalori.
8. Tennis
Top götür, təklikdə oyna və təqribən 728 kalori yandıracaqsan.
7. Bayraq futbolu
Bu nə isə reqbiyə oxşar bir oyundur, sadəcə, burada oyunçular əlində top olan oyunçudan bayrağı və ya lenti almalıdırlar. Bax elə burada da sən 728 kalorini yandırmış olursan.
6. Qaçış (8 km/saat)
Qaçış sənin atındırmı? Tempin 8 km/saatdan az olarsa, saatda təqribən 755 kalori yandıra bilərsən.
5. Pilləkənlə qaçış
Pilləkənlə üzüyuxarı qaça bilərsənmi? Bəs bir saat əzrində bunu dayanmadan edə bilərsənmi? Əgər elədirsə, onda 819 kalorini də itirə bilərsən.
4. Yüksək enerji ilə üzmə
Suda yerinə yetirilən daha bir yaxşı məşq – saatda 892 kalorini yandıran “yüksək enerji ilə” üzmə.
3. Taykvan-do
Bu siyahıda idmanın ən intensiv növü – taykvan-dodur. Bu idman növündə müdafiə olunmalı, rəqibinlə sparrinq etdiyin zaman ona zərbələr endirməlisən. Döyüş sənəti 60-dəqiqəlik seans zamanı təxminən 937 kalorinin yanmasına səbəb olur.
2. İpatdı
Bax bu başqa məsələ! Bu, səni atılıb-düşməyə və bir saatda təqribən 1074 kalori itirməyə məcbur edəcək.
1. Qaçış (12 km/saat)
1074 kalori itirməyin daha bir üsulu – saatda 12 km sürətlə qaçışdır.
İndi artıq sən idmanın hansı növlərinin sənə daha çox kömək edəcəyini bilirsən. Ürəyinə yaxın olanı seçməyin, kalorilərini yandırmağın, yaxşıca tərləməyin və yenidən gəncləşməyin tam vaxtıdır!