Red Bull Energy Drink Tərkibi
Red Bull Enerji İçkisinin xüsusi formulu yüksək keyfiyyətli maddələrdən ibarətdir.
Red Bull Enerji İçkisinin xüsusi formulu yüksək keyfiyyətli maddələrdən ibarətdir.
Kofein təbii şəkildə 60-dan çox bitkidə vardır və qəhvə, çay və şokolad kimi bir çox qida məhsulların tərkibinə daxildir.
İnsan bədənində kofeinin əsas fəaliyyət sahələrindən biri onun koqnitiv funksiyalar üzərində stimullaşdırıcı təsiridir. Kofein konsentrasiyanı və həssaslığı artırmağa kömək edir.
Red Bull Enerji İçkisinin bir 250 ml-lik bankasında 80 mq kofein var. Bu bir fincan kofedə olan kofeinin miqdarına bərabərdir.
Vitaminlər bədənin normal funksiyalarını saxlamaq üçün lazım olan mikro-elementlərdir.
Vitaminlərin iki növü mövcuddur: yağda həll olan və suda həll olan vitaminlər. Red Bull-un tərkibinə suda həll olan vitaminlər daxildir. Suda həll olan vitaminlər yağda həll olanlar kimi insan bədənində çox saxlanılmır. Əvəzində, onlar qan plazması ilə dövr edir. Bədən tərəfindən istifadə olunmayan hissə çıxarılır. Red Bull-un tərkibinə suda həll olan B-qrup vitaminlər daxildir - niasinamid (vitamin B3), pantoten turşusu (vitamin B5), vitamin B6 və vitamin B12.
Bu B-qrup vitaminləri normal enerji verən metabolizmin formalaşmasına, belə ki, karbohidrat və zülalların yaradılması və parçalanmasına kömək edir, normal mental fəaliyyətə (pantotenik turşusu) və yorğunluğun azaldılmasına (niasin, pantoten turşusu, B6, B12) yardım edir.
Bundan başqa, B-qrup vitaminlər beyində mərkəzi funksiyanı yerinə yetirir. Onlar sinir sisteminin normal fəaliyyətinə kömək edir.
Red Bull Enerji İçkisi şəkər çuğundurundan alınan şəkərlə hazırlanır.
Şəkər tanınmış karbohidratdır, meyvə və meyvə şirələrindən tutmuş enerji içkiləri də daxil olmaqla digər içkilərə qədər bir çox qida maddələrinin tərkibinə daxildir. Karbohidratlar gündəlik qida rasionunda istifadə edilən əsas qidadır və meyvələrdə və ya Red Bull Enerji İçkisində olmasından asılı olmayaraq, bədəniniz şəkəri eyni formada emal edir.
Red Bull Enerji İçkisinin 100 ml-də 11 q şəkər var. Bu, 100 ml portağal və ya alma şirəsində olan şəkər qədərdir.
Red Bull Enerji İçkisinin bir bankasında olan şəkərin miqdarı eyni miqdarda alma və ya portağal şirəsində olan şəkər miqdarı ilə - hər 100 ml-də 11 q - müqayisə oluna bilər.
Taurin təbii olaraq insan bədənində əmələ gələn və gündəlik qida rasionunda iştirak edən amin turşusudur. O, geniş bioloji proseslərdə iştirak edir.
Taurin əzələ, beyin, ürək və qanda yüksək konsentrasiyalarda mövcuddur. 70 kq çəkisi olan insan bədən boyu paylanmış şəkildə təxminən 70 q taurinə malikdir. Başqa sözlə, 70 kq ağırlığında insanın bədənində təbii şəkildə Red Bull Enerji İçkisinin bir bankasında olan taurinin miqdarından 70 dəfə çox taurin vardır.
Taurin dəniz molyuskları, balıq, quş və körpə yeməkləri kimi bir çox qida məhsulların tərkibinə daxildir.
İnsan bədənində 250 ml-lik "Red Bull" ilə müqayisədə 70 dəfə çox taurin var.
Su Red Bull-un əsas inqrediyentlərindən biridir.
Su Red Bull-un əsas inqrediyentlərindən biridir və bizim istehsal sahələrimizdə həmişə su mənbələrimizə yüksək keyfiyyət standartlarının tətbiq edilməsi təmin edilir.