Video oyunları dünyasında hər gün yeni trendlər, fərqli janrlar və yaddaqalan layihələr yaranır. Lakin son illərdə bir oyun janrı bütün dünyada səs-küyə səbəb oldu: Battle Royale. Bu janrın ən önəmli nümayəndəsi isə şübhəsiz PlayerUnknown's Battlegrounds (PUBG) oldu.
Brendan Qrinin ilham mənbəyi
PUBG-nin yaradıcısı Brendan Qrin oyun dünyasında "PlayerUnknown" ləqəbi ilə tanınırdı. İrlandiya əsilli olan Qrin, gəncliyində bir çox müxtəlif oyun oynasa da, battle royale janrında bir əsər yaratmaq fikri onu hərəkətə keçirdi. Qrinin bu mövzuda ilk ilham mənbəyi isə 2000-ci ildə yayımlanan “Battle Royale” adlı Yapon filmi oldu. Film, bir qrup tələbənin adada sağ qalmaq üçün bir-biri ilə mübarizə aparmasını əks etdirirdi və bu dramatik mübarizə Qrinə çox təsir etmişdi.
İlk təcrübələr
Qrin əvvəlcə ARMA 2 və ARMA 3 oyunları üçün battle royale modulunu yaratdı. Bu oyunlar simulyasiya əsaslı strukturu ilə hərbi təcrübəni daha realistik edirdi, lakin Qrinin məqsədi daha böyük bir oyun yaratmaq idi. ARMA üçün yaratdığı battle royale modulunda oyunçular xəritəyə paraşütlə enir, avadanlıq toplayaraq sağ qalmağa çalışırdılar. Bu modul, onlayn oyun icmalarında sürətlə populyarlaşdı və battle royale janrının potensialını ortaya qoydu.Qrinin yaratdığı modul başqa bir oyun şirkəti olan H1Z1-in develop qrupunun da diqqətini cəlb etdi və…
Cənubi Koreyadan dəvət
Brendan Qrinin yaratdığı battle royale modulu Cənubi Koreyanın Bluehole şirkətinin diqqətini çəkdi. Bluehole uzun müddətdir yeni oyun ideyaları axtaran bir qrup idi və Qrinin inkişaf etdirdiyi modulun uğurunu nəzərdən qaçıra bilməzdilər. Şirkət, Qrini kreativ direktor olaraq müstəqil battle royale oyunu yaratmaq üçün dəvət etdi. Bu əməkdaşlıq PUBG adlanan oyunun ilk addımlarını atmasına səbəb oldu. Bluehole-un dəstəyi ilə Qrin layihəni sürətlə inkişaf etdirməyə başladı. Layihə tez bir zamanda irəlilədi və 2017-ci ilin əvvəlində PUBG Steam vasitəsilə erkən çıxışda yayımlandı.
PUBG E-idman turnirləri
PUBG-nin e-idman tədbirləri, oyunun dünya miqyasında çox populyarlaşmasında böyük rol oynadı. Turnirlər, yüzlərlə oyunçunun bir araya gəlib canlı tamaşaçıların qarşısında mübarizə apardığı tədbirlərdir. Hər il təşkil olunan PUBG Global Championship (PGC), PUBG Nations Cup və digər milli və beynəlxalq turnirlər oyunçuların diqqətini çəkməkdədir. Bu turnirlərdə oyunçular bir-biri ilə təkcə bacarıqlarını deyil, həm də təcrübələrini sınaqdan keçirirlər.
Elə indi ölkəmizin ən bacarıqlı “PUBG Mobile” oyunçuları üçün Red Bull M.E.O. turniri keçirilir! Red Bull M.E.O. mobil oyun həvəskarları üçün təşkil olunan beynəlxalq turnirdir. Hər il fərqli ölkələrdə və şəhərlərdə keçirilən bu turnir, oyunçulara bacarıqlarını dünya səviyyəsində nümayiş etdirmək imkanı təqdim edir.Komandanı yığ, qeydiyyatdan keç və 5000AZN qazanma şansını əldə et.
Fenomen
20 dekabr 2017-ci ildə PC üçün rəsmi olaraq yayımlanan PUBG sürətlə dünya miqyasında bir fenomenə çevrildi. PUBG açıq dünya xəritələri, təsir edici oyun mexanikası və realist qrafik quruluşu ilə qısa müddətdə milyonlarla oyunçunun diqqətini çəkdi. PUBG-nin uğurundan sonra qısa müddət ərzində mobil (mart 2018) və digər platformalara uyğun versiyalar da hazırlandı. Oyunun dünya miqyasında təsiri o qədər böyük idi ki, battle royale janrı digər oyun yaradıcılarına da ilham verdi.
PUBG-nin mirası
PUBG-nin dünya miqyasında bir fenomenə çevrilməsi battle royale janrının sürətlə mənimsənilməsinə səbəb oldu. Artıq hər bir oyunçu PUBG-nin battle royale mexanikasına aşina idi. PUBG-nin uğuru yalnız Qrinin xəyal gücünü deyil, həm də Bluehole-un dəstəyi ilə dünya miqyasında milyonlarla oyunçuya çatmasını təmin edən yenilikçi strukturunu əks etdirirdi.
PUBG bu gün belə populyarlığını qoruyarkən, dünya miqyasında keçirilən e-idman turnirləri, yeni məzmun yeniləmələri və fərqli oyun modulları ilə oyunçularını təəccübləndirməyə davam edir. PUBG-nin çıxışı yalnız bir oyun deyil, eyni zamanda bir oyun mədəniyyəti yaratdı və bu mədəniyyət oyun dünyasında qalıcı bir təsir buraxdı.
İndi isə iş o yerə çatıb ki, PUBG-nin şöhrəti oyunçu sayı artdıqca, oyunçu sayı isə şöhrəti artdıqca yüksəlir. Oyun dünyasında öz adını qızıl hərflərlə yazdıran PUBG-nin, zaman-zaman rəqibləri tərəfindən taxtı silkələnsə də, oradan tezliklə enəcək kimi görünmür.