Videoya Baxmaq1 dəq.

Rubik Kubu üzrə usta olmaq üçün 7 addım!

Əgər Rubik Kubunun necə həll ediləcəyi ilə bağlı sualların varsa, deməli, düzgün ünvandasan: 7 addımı izlə və qısa müddətdə ustalaş!
Matt Majendie tərəfindən yazılıb
2 min readUpdated on
Yəqin sən də hamımız kimi həyatının bir nöqtəsində Rubik Kubu ilə üzləşib, onu həll edə bilmədiyin üçün məyus olmusan.
Amma narahatlığa dəyməz, çünki bu problemini aradan qaldıracaq bəzi sirrlər bilirik!
Əslində, Rubik Kubunu həll etmək düşündüyündən çox asandır - sadəcə olaraq aşağıdakı 7 addımı diqqətlə izləməlisən. Rubik kubikini götür, başlayaq.
01

Ağ üstəgəl işarəsi düzəlt

2 dəq.

How to solve a Rubik's Cube: Lesson 1

The first step on your journey to solving Rubik's Cubes with ease.

Qəribə səslənə bilər, amma bizə güvən. Səni ümumi həllə aparacaq ilk addım kubda ağ rənglərdən istifadə edərək üstəgəl işarəsi düzəltməkdir. Bunun üçün əvvəlcə sarını mərkəzdə saxlayaraq çobanyastığına oxşar bir görünüş əldə et. Daha sonra ağ kənarları əks tərəfə çevir və hazırdır: ağ üstəgəl işarəsi!
02

Ağ hissəni tamamla

3 dəq.

How to solve a Rubik's Cube: Lesson 2

The second step on your journey to solving Rubik's Cubes with ease.

Hazır üstəgəl işarəsini də düzəltmişkən ağ hissəni tamamlamaq sənin üçün çətin olmayacaq. Kubu üstəgəl işarəsinin altda qalacağı şəkildə tut. Bu hissədə, əslində, bir çox çevirmə hərəkəti tələb edir, amma video köməyinə çatacaq - videoda ağ tərəfi tamamlayarkən ortaya çıxa bilən ümumi problemlər əhatə olunub.
03

İkinci sıra kənarlar

3 dəq.

How to solve a Rubik's Cube: Lesson 3

The third step on your journey to solving Rubik's Cubes with ease.

Növbə gəldi Kubunun ikinci sıradakı kənarlarını düzəltməyə. Prosesə üst təbəqəsində sarı rəngi olmayan bir kənar parçası axtarmaqla başlamalısan. Bu addımın sonunda artıq ciddi irəliləyiş qət etdiyini görəcəksən.
04

Sarı üstəgəl işarəsi düzəlt

2 dəq.

How to solve a Rubik's Cube: Lesson 4

The fourth step on your journey to solving Rubik's Cubes with ease.

Aha, düz oxudun, yenə üstəgəl işarəsi… Amma ağ yox, sarı rənglərlə. Əlbəttə, bu nəticəyə çatmaq üçün çox fərqli yollardan keçmək mümkündür, amma düşünürük ki, videodakı yol ən asanıdır.
05

Sarı kənarları uyğunlaşdır

2 dəq.

How to solve a Rubik's Cube: Lesson 5

The fifth step on your journey to solving Rubik's Cubes with ease.

Beşinci addımdayıq! Sonun yaxınlaşdığını hiss edirsən?
Bu mərhələdə əsas çətinlik sarı üstəgəl işarəsini saxlayaraq sarı kənarların hamısının uyğunluğunu təmin etməkdir. Digər mərhələlərdə olduğu kimi, burda da qarşılaşa biləcəyin müxtəlif çətinliklər var, lakin hamısı azsaylı çevirmələrlə həll edilə bilər. Videoya diqqətlə bax.
06

Sarı küncləri yenidən düzəlt

2 dəq.

How to solve a Rubik's Cube: Lesson 6

The sixth step on your journey to solving Rubik's Cubes with ease.

Bu dəfə sarı küncləri düz tərəflərində olmasalar belə, düz yerlərində olmaları üçün yenidən düzəldirik. Bu addım bir az da "xətti yaratmaq və xətti pozmaq" haqqındadır - həm də bir neçə dəfə.
07

Sarı küncləri istiqamətləndir

2 dəq.

How to solve a Rubik's Cube: Lesson 7

The seventh step on your journey to solving Rubik's Cubes with ease.

Son mərhələyə çatdıq! Həyəcan var? İndi etməli olduğun tək şey Rubik Kubunu tamamlamaq üçün sarı üzü aşağıya çevirib, sarı küncləri istiqamətləndirməkdir. İzah qəliz səslənə bilər, videonu izlədikdə hər şeyi anlayacaqsan. İzləyib bitirdikdən sonra həmin o “hər şeyi tamamlayan son hərəkət”in gətirdiyi qürur hissini yaşamağa hazır ol!
Vəəə budur! Rubik Kubun hazır. Bizcə, düşündüyün qədər çətin olmadı.