Suallar və Cavablar
Sualınız varsa, cavabımız hazırdır. Aşağıdakı bəzi sual və cavablarla tanış ola bilərsiniz.
Red Bull Enerji İçkisi Avropa Birliyinə daxil olan bütün dövlətlər daxil olmaqla 170-dən çox ölkədə mövcuddur. Bütün dünyadakı səhiyyə mütəxəssisləri Red Bull Enerji İçkisinin istehlak üçün təlükəsiz olduğu qənaətinə gəliblər. 2019-ci ildə 7,5 milyarddan çox, yarandığı vaxt - 1987-ci ildən bəri isə 82 milyarddan çox Red Bull içkisi istehlak edilib.
250 mq-lıq Red Bull Enerji İçkisinin tərkibində 80 mq kofein var ki, bu da bir fincan kofenin tərkibindəki miqdar ilə eynidir. Avropa Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 2009-cu ildə enerji içkilərinin tərkibində inqredientlərin heç bir narahatçılığa əsas vermədiyi qənaətinə gəlib. 2015 və 2017-ci illərdə AQTA enerji içkilərinin və onların tərkibindəki inqredientlərin təhlükəsizliyini təsdiqləyib.
Red Bull məhsullarının tərkibi qablaşdırmanın üzərində qeyd olunur.